Bidzina İvanişvili İsveçrənin "Credit Suisse" bankına qarşı məhkəmə davasını qazanıb
Bidzina İvanişvili İsveçrənin "Credit Suisse" bankına qarşı məhkəmə davasını qazanıb

 

Birləşmiş Krallığın Ali Apelyasiya Məhkəməsi olan Birləşmiş Krallığın Məxfi Şurasının Məhkəmə Komitəsi Bidzina İvanişvili və İsveçrənin “Credit Suisse” bankı ilə bağlı yekun qərarını dərc edib.

Qeyd olunmuş qərarla məhkəmə “Credit Suisse”in törəmə şirkəti olan “CS Life”ın Bidzina İvanişviliyə qarşı zərərin qiymətləndirilməsinin dəqiq başlama tarixindən başqa, bütün məsələlər üzrə iddiasını yekdilliklə rədd edib. Həmçinin, məhkəmə çarpaz iddianı rədd edib.

Beləliklə, məhkəmə İsveçrə bankını Bidzina İvanişviliyə dəyən ziyanı kompensasiya etməyə məcbur edən əvvəlki instansiyaların qərarlarını qüvvədə qoyub.