Bidzina İvanişvili - İrakli Şotadzenin istefası, "Gürcü Arzusunun" başçılığı ilə 2012-ci ildə həyata keçirilən inqilabın əsas məqsədi olan tamamilə yeni standartdır
“Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili Xorava küçəsində baş verən qətl işi və İrakli Şotadzenin istefası barəsində bəyanat yayır.
Bidzina İvanişvilinin bu barədə yaydığı bəyanatı təqdim edirik:
“Xorava küçəsində baş verən faciə məni də, bütün gürcü icitamiyyətini sarsıtdığı kimi sarsıtdı. Mən sizinlə birlikdə hüquqi prossesə kəskin maraqla diqqət yetirirdim və əmin idim ki, iş üzrə ədalət tamamilə və vaxtında icra olunacaqdı. Mən İrakli Şotadzeni şəxsən tanıyıram və onun vicdan və peşəkarlığında əminəm.
İnanırdım və inanıram ki, İrakli və onun idarəsi hər şeyi edirdilər ki, hər bir cinayətkar müvafiq olaraq cəzalandırılsın. Təəssüflər olsun, hadisələr o cür inkişaf etdi ki, istintaq, zərəçəkənlər və ictimaiyyətin bir hisssi tərəfindən şühbə altına alındı.
İrakli Şotadzenin istefası, “Gürcü Arzusunun” başçılığı ilə 2012-ci ildə həyata keçirilən inqilabın əsas məqsədi olan tamamilə yeni standartdır. Zərərçəkmiş ailəyə bir daha başsağlığı vermək istəyirəm”, – Bidzina İvanişvilinin bəyanatında deyilir.