Bidzina İvanişvili - İctimaiyyəti əmin edirəm ki, maksimum bir ildə, ölkədə hər şeyə öz adı veriləcək
Bidzina İvanişvili - İctimaiyyəti əmin edirəm ki, maksimum bir ildə, ölkədə hər şeyə öz adı veriləcək

İctimaiyyəti əmin edirəm ki, maksimum bir ildə, ölkədə hər şeyə öz adı veriləcək, – bu barədə bəyanatı “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili, “TV-Pirveli”, “Rustavi-2” və “İmedi” kanallarının jurnalistləri ilə müsahibə zamanı verdi.

Onun dediyinə görə, “Gürcü Arzusu”-nun bütün üzvlərinə qarşı daha sərt tələbləri olacaq.

“Təəssüf ki, mən geri siyasətə qayıtmalı oldum. Bundan sonra, çalışacam ki, dəstədə ən istedadlılar irəli getsinlər və partiyanın hər bir üzvünə qarşı daha tələbkar olacam. Bir il içində ona nail olacağıq ki, ölkədə hər şeyə öz adı veriləcək. Bundan sonra “Rustavi-2″ kanalı ictimaiyyətin böyük hissəsini yalan içində yaşada bilməyəcək. Bu kanal 9 il ərzində xalqı yalanlar içində yaşadırdı və indi də yalanlarla xalqın manipulyasiyasına çalışır” – dedi Bidzina İvanişvili.

İvanişvilinin dediyinə görə, o ilk növbədə öz dəstəsini möhkəmləndirməyə çalışacaq.

“Mən siyasətə ona görə qayıtdım ki, dəstəmdə çətinliklər yaranmışdı və partiyayı qaydaya salmaq üçün qayıtmalı oldum! – dedi Bidzina İvanişvili.