Bidzina İvanişvili - Hiss etdim ki, yaratdığım partiya xalqdan uzaqlaşmağa başladı, bəli, ona görə də siyasətə geri qayıtdım
“İnanıram ki, vaxtımızı və energiyamızı boş-boş mübahisələrə xərcləməməliyik” – bu barədə bəyanatı “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili partiyanın bugünki qurultayında verdi.
Onun qeyd etdiyinə görə, ölkə qarşısında mövcud olan çağırışların fonunda, partiya daxilindəki şəxsi mübahisələrə yer verilməməlidir.
“Mən hiss etdim ki, yaratdığım partiya xalqdan uzaqlaşmağa başladı, bəli, ona görə də siyasətə geri qayıtdım” – dedi Bidzina İvanişvili.
Onun dediyinə görə, ölkənin belə tarixi anlarında ümidsizlik deyil, qələbə vaxtıdır.
“Bugün biz ölkəmiz üçün tarixi anları yaşayırıq və belə bir zamanda, ümidsizliyə və xəyal qırıqlığına yer verilməməlidir. İndi qələbə vaxtıdır” – dedi Bidzina İvanişvili.