Bidzina İvanişvili – Həqiqətən də qələbə təsirli və möhtəşəmdir, biz ən istedadlı millətik, güc toplayırıq və dünyada layiqli yerimizi tutacağıq
Bidzina İvanişvili – Həqiqətən də qələbə təsirli və möhtəşəmdir, biz ən istedadlı millətik, güc toplayırıq və dünyada layiqli yerimizi tutacağıq

Həqiqətən də qələbə təsirli və möhtəşəmdir, sizi təbrik edirəm. Gürcü cəmiyyəti bacardı və nəhayət dik durdu. Bu, bizim tariximizin, genetikamızın haqq etdiyidir. Biz ən istedadlı millətik, müəyyən dövrlərdə, müəyyən situasiyalarda azmışdıq, amma indi güc toplayırıq və dünyada layiqli yerimizi tutacağıq, – bunu “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili bəyan edib.

İvanişvili seçicilərə göstərdikləri etimada görə təşəkkürünü bildirib.

“Bir məqama diqqət çəkmək istəyirəm – müasir işğal üsulu agentura vasitəsidir. Agentura vasitəsilə bizdən qat-qat böyük, daha inkişaf etmiş ölkələr suverenliyini itirdilər. Çoxlu ölkələr fəlakətə sürüklənir, öz xalqlarını, cəmiyyətlərinin bir hissəsini fəlakətə aparırlar. Bu, müasir işğalın alətidir. Yalnız bu üsulla ən güclü, ən sivil ölkələri də diz çökdürürlər, onların iqtisadiyyatını dağıdırlar, cəmiyyətlərini bölürlər, dəhşətli qarşıdurmalar, əyriliklərlə dolu bir həyat yaradırlar. Gürcü xalqının istedadını biz artıq göstərdik. Gürcüstan yeganə dövlətdir ki, agenturanı yola salmağı bacardı. Xatırlayın, 2012-ci ildə biz bu nəhəng qüvvəni – onların arxasında dayanan ən böyük, ən bəd qüvvəni məğlub etdik. Hamımız elə bilirdik ki, məsələ yalnız “Milli Hərəkat”dır, halbuki “Milli Hərəkat” heç nədən ibarətdir, onların arxasında çox böyük bəd qüvvə dayanır və siyasətdə anlayışı olan hər kəs çox yaxşı bilir ki, hansı qüvvələr onlara dəstək verir və bu gün dünyada nələr baş verir. Biz ən istedadlı millətik və bunu sübut etdik. Yeganə dövlət bizik ki, xaricdən idarə olunan, işğal altında olan o nəhəng qüvvəni birliyimizlə yola saldıq və yavaş-yavaş suverenliyimizi bərpa edirik. Əmin olun ki, vətən sevgisini itirməmiş hər kəs üçün dünyada Gürcüstana ən böyük həsəd var. Biz ən möhkəm dayanan və vəziyyəti idarə edən ölkəyik. Yol cəmiyyətdən keçir. Onlar isə çalışırlar ki, bizi axmaqlaşdırsınlar, dəli etsinlər, elə bir kütlə halına gətirsinlər ki, hakimiyyəti saxlaya bilməyək, halbuki arxada dayanmış qüvvələr var. Bu gün də belə cəhdləri var – seçkilərdə fəlakətli məğlub oldular və küçədən nəsə etməyə çalışırlar. Şükürlər olsun ki, burada da gürcü xalqının müdrikliyi qalib gəldi. Necə ola bilər ki, partiyanı 80 faiz dəstəkləyir, amma on min nəfər çevriliş etsin,” – deyə İvanişvili bəyan edib.