Bidzina İvanişvili - Gürcüstan parlamentində işğalçı dövlətin nümayəndəsinin hərhansı bir foruma rəhbərlik etməsi qeyriməqbuldur və büna müvafiq reaksiya verilməlidir
Gürcüstan parlamentində bugün baş verənlərlə bağlı vətəndaşlarımızın narahatçılığını başa düşürəm və onlarla tamamilə razıyam, – bu barədə “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin bəyanatında deyilir, hansını “Gürcü Arzusunun” mətbuat xidməti “Facebookda” yayır.
“Gürcüstan parlamentində işğalçı dövlətin nümayəndəsinin hərhansı bir foruma rəhbərlik etməsi qeyriməqbuldur və büna müvafiq reaksiya verilməlidir. Mənə bildirdilər ki, bu tədbirin təşkilatçıları tərəfindən əhəmiyyəti nəzərə alınmayan bir siyasi səhv idi.
Mən parlamentin sədri ilə danışdım, sərt mövqeyimi bildirdim və təbii ki, tövsiyyə edirəm ki, bu iclas dərhal dayandırılsın” – deyib Bidzina İvanişvili.
Xatırladaq ki, Tbilisidə Pravoslavlığın Parlamentlərarası Assambleyasının 26-cı baş sessiyası keçirilir.
Sesiya bugün parlamentin iclas zalında davam edəcək.
Parlament spikerinin yerindən deleqatlara Assambleyanın prezidenti, Rusiya Dumasının deputatı və komunist partiyasının üzvü Sergey Qavrilov müraciət edir. Assambleyanın rəhbəri də odur.