Bidzina İvanişvili - Giorgi Kvirikaşvili artıq idarə edə bilmirdi

Birinci Kanalın “Maka Tsintsadze ilə aktual mövzu” adlı verlişinin qonağı bugün “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili olacaq.

Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Birinci Kanal ilə müsahibə zamanı onun siyasətə geri qayıtması, sabiq baş nazir Giorgi Kvirikaşvilinin istefası və digər aktual mövzu ilə bağlı danışdı.

Bidzina İvanişvili “Gürcü Arzusunun” gələcək planları haqqında da söz etdi.

“Çox ağır günlər yaşadım, çünki anladım ki, “Gürcü Arzusunun” idarəçiliyi zamanı ictimaiyyətin bir hissəsinin sosiyal vəziyyəti daha da pisləşdi. İki bank bütün ölkəyi yedi-bitirdi. Dövlət maraqları və biznes maraqları arasındaki balans artıq qoruna bilmirdi və buna öz səhv hərəkətləri ilə Giorgi Kvirikaşvili səbəb olurdu” – dedi Bidzina İvanişvili.

Bidzina İvanişvilinin dediyinə görə, Kvirikaşvili artıq ölkəyi idarə edə bilmirdi və getməli idi.

“O öz qərarlarını sadəcə iki nəfərlə, sabiq Maliyyə Naziri Dimitri Kumsişvili və sabiq İnfrastruktur Naziri Zurad Alavidze ilə razılaşdırırdı, dəstədə problem yaranmışdı. Onun başqa seçimi yox idi və istefa verməli idi” – dedi İvanişvili.

Prezident seçkiləri ilə bağlı Bidzina İvanişvili bəyan etdi ki, partiyanın bir çox layiqli namizədi var.

“Maka Tsintsadze ilə aktual mövzu” saat 21:45-də Birinci Kanalın efirində olacaq.

Tam müsahibənin bütün detallarını isə, verliş efirə çıxdıqdan sonra saytımızdan öyrənə biləcəksiniz.