Bidzina İvanişvili - Baş nazir öz yerindədir və dəyişməyə ehtiyac yoxdur
Bidzina İvanişvili - Baş nazir öz yerindədir və dəyişməyə ehtiyac yoxdur

“Gürcü Arzusu” partiyasında bir növ anlaşmazlıqlar oldu, ancaq çox ciddi deyildi – bu bəyanatı “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili partiyanın bugünki qurultayında verdi.

“Dəstəmizdə baş verənləri qarşıdurma adlandırmazdım. Bu sadəcə kiçik anlaşmazlıq idi. Partiyanın fəaliyyətinə diqqət edirdim və ciddi qarşıdurma kimi birşey baş verməyib.

Giorgi Kvirikaşvili mənə daha öncə də partiyanın sədri olaraq, qayıtmağı təklif edirdi, ancaq indi hiss etdim ki, qayıtmağım və əlimdə olan resurslarımı partiya üçün istifadə etməyim lazımdır” – dedi Bidzina İvanişvili.

Baş nazirin əvəz edilməsi ilə bağlı suallara isə, Bidzina İvanişvili cavab verdi ki, baş nazir öz yerindədir və onu dəyişməyə ehtiyac yoxdur.

“Əsla. Heç bir təqdirdə baş nazir əvəz edilməyəcək” – dedi Bidzina İvanişvili.

Jurnalistlərin səs-küyünə görə, Bidzina İvanişvili digər suallara cavab verə bilmədi.