Bidzina İvanişvili 9 aprel ilə bağlı məktub yayır - 30 il bundan əvvəl yeni epoxayı başladan bir "gün"
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili 9 aprel tarixinin 30-cu ildönümü ilə bağlı məktub yayır.
“Gürcüstan tarixində bir çox gün var, hansı ki, gürcü millətinin taleyi və gələcəyi haqqında qərar verdi. Belə günlərdən biri məhz 9 apreldir – 30 il bundan əvvəl yeni bir epoxayı başladan bir gün.
O gün gürcü milləti vətənini Sovet İmperiyası hökmündən azad etmək üçün, müstəqil Gürcüstan uğrunda birləşdi.
1989-cu ilin 9 aprel tarixi ən ağır və faciəli günlərimizdən biri idi, ancaq o gün bizim üçün azadlıq və müstəqillik üçün mübarizə simvoluna dönüşdü, milli enerjimiz kiçik bir meydanda özünü biruzə verdi və bərabərgüclü olmayan bu mübarizədən gürcü xalqı mənəvi olaraq, qalib çıxdı.
Məhz bu enerjimiz bizə güc verdi və 9 aprel faciəsinin ikinci ildönümündə, 1991-ci ildə, Zviad Qamsaxurdia Gürcüstanın müstəqilliyinin bərpasını elan etdi.
Ancaq, müstəqilliyin ilk günlərindən, dövlətin tikilməsi üçün millətin konsolidasiyasına ehtiyacımız olduğu halda, biz rasionalizm yerinə emosiyalara qapıldıq və ondan sonra öz səhvlərimizdə öyrənməyə başladıq.
Öncə yeni seçilmiş iqtidarı yıxdıq, sonra isə, ölkədə vətəndaş müharibəsi başlatdıq, ölkədə kriminalın baş alıb getməsinə yol verdik. Daha sonra NATO-nun qapısını çaldıq, ancaq korrupsiya və hərəkətsizlik içinə o qədər düşdük ki, ölkəmizdə böyüyən və Rustaveli prospektində xalq etirazlarını qan içində boğan diktatoru dayandıra bilmədik.
2012-ci ildə, müstəqilliyin 21-ci ilində, qalalarımız vətəndaşlarla dolu olduğu halda, medyamızın səsi batırılmış olduğu halda, işğal edilmiş ərazilərimizin olduğu halda, ölkə iqtidarı şərq tiraniyasının sinizmi və soyuq qanlılığı ilə, xalqın cibindən alınan pul ilə, ölkə xaricində demokratiya maskası alırdı.
Ancaq, bütün bunlara baxmayaraq, 2012-ci ilin oktyabrın 1-də, gürcü xalqı görünməmiş bir qələbə əldə etdi. Çoxları inanmırdı ki, qan tökülmədən və inqilablar edilmədən, öz emosiyonal vəziyyətimizi hüquqi çərçivələrə sala biləcəyik, ancaq biz bunu bacardıq – zorakı rejimi qansız və ağrısız uzaqlaşdırdıq. Elə ki, baş verənlərə onlar özləri də inana bilmirdilər.
O gün xalqda yenə 9 aprel ruhu oyandı və ondan sonra, yeddinci ildir ki, ölkədə rasionalizmə əsaslanan siyasət idarə edir, hansı ki, ölkəyə vətəndaş sakitliyi gətirdi və bunun Gürcüstan tarixində presedenti yoxdur.
Demokratik ölkələrdə iqtisadi inkişafın yanında mütləq demokratik tərəqqi və insan hüquqları standartlarının artması da gəlir. Yeni gələn iqtidar qeyd olunan standartları Avropa standartlarına yaxınlaşdırmağa çalışarkən, müvəqqəti olaraq, iqtisadi standartlarımız biraz aşağı düşdü. Ölkədə xaos istəyən qüvvələr də məhz bundan istifadə etdilər.
Halbuki, ölkənin stabil inkişafı üçün səbr və realistik məqsədlər gərəktir. Tərəqqi və inkişaf uzun müddətli vətəndaş sakitliyini tələb edir, hansı ki, barrikadalar fonunda qeyri-mümkündür.
Siyasi keçmişimizə baxmayaraq, biz, vətəndaşlar yenə birgə məqsəd üçün birləşməliyik.
Yadımızda saxlamalıyıq ki, bizi bölən yalnız şeytandır. İctimaiyyəti bölərək və bir-birimizə siyasi keçmişimizi xatırladaraq, emosiyalara qapılaraq, sadəcə xaos yaratmaq istəyən qüvvələrin məqsədini asanlaşdırırıq və 9 aprel idealarına xəyanət edirik.
Artıq keçmişə qayıda bilmərik, bu qeyri mümkündür. İrəlidə sadəcə inkişaf və rasionalizm siyasətinin yolu var.
9 aprel bizə hər zaman bunu xatırladacaq” – deyilir İvanişvilinin məktubunda.