Beynəlxalq Valyuta Fondu Gürcüstanın iqtisadi artım proqnozunu dəyişdirmədi
Beynəlxalq Valyuta Fondu Gürcüstanın iqtisadi artım proqnozunu dəyişmədi.
Köhnə proqnoza əsasən isə, cari ildə Gürcüstanın iqtisadi artım göstəricisi 4.6 faiz olacaq.
Bu barədə, Fond tərəfindən, Gürcüstanda missiyanın başa çatdırılmasından sonra hazırlanan press-relizdə deyilir.
“Gürcüstanın iqtisadi fundamenti yenədə stabildir. 2019-cu ilin ilk yarısında iqtisadi aktivlik planlaşdırıldığından beş faizlə daha müsbət idi” – deyib Beynəlxalq Valyuta Fondunun rəhbəri Mersedes Vera Martin.
Fondun nümayəndələrinin ehtimalına görə, ilin sonuna qədər inflyasiya 5.4 faiz olacaq.
Bununla yanaşı, proqnozlara əsasən, cari hesabın defisiti düzələcək və altı faizi təşkil edəcək.
BVF missiyası sentyabrın 11-dən 17-nə qədər Gürcüstanda idi.
Onlar baş nazirlə, İqtisadiyyat Naziri, Milli bankın prezidenti və özəl sektorun nümayəndələri ilə görüşdülər.