Beynəlxalq Valyuta Fondu Gürcüstanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu 6%-dən 7.3%-ə yüksəldib
Beynəlxalq Valyuta Fondu Gürcüstanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldib.
Missiya Gürcüstanda mövcud son dövrlərdəki iqtisadi vəziyyəti, perspektivləri və riskləri nəzərdən keçirib.
Valyuta Fondunda qeyd etdikləri kimi, Gürcüstanda güclü iqtisadi fəallıq qorunub saxlanır.
“Daxili siyasi gərginliyə baxmayaraq, real ÜDM 2024-cü ildə 9.4 faiz artıb. Artımın hərəkətverici amili istehlak olub. Əvvəlki illərdə isə artıma əsas töhfəni investisiyalar və xalis ixrac verib. Turizm bərpa olunub və COVID-dən əvvəlki göstəriciyə qayıdıb. İnformasiya və kommunikasiya texnologiyaları və nəqliyyat sektoru ölkə iqtisadiyyatında artımın əsas hərəkətvericisi olublar. Bu sektorlar miqrantların yüksək ixtisaslı biliyindən və artan tranzit ticarətindən faydalanıblar. İşsizlik azalmağa davam edirdi, lakin hələ də yüksək səviyyədə qalır” – Beynəlxalq Valyuta Fondunda qeyd edirlər.
Bundan irəli gələrək, beynəlxalq maliyyə institutunda izah edirlər ki, 2025-ci ilin ilk dörd ayında qeydə alınmış artımın yüksək göstəricisi cari ildə ölkə iqtisadiyyatının 7.2 faiz artacağına işarədir.
“2025-ci ilin ilk dörd ayında qeydə alınmış artımın yüksək göstəricisi bu il artımın 7.2 faiz olacağına, daha sonra isə orta müddətli 5 faizlik artım göstəricisinə qayıdacağına işarədir” – Beynəlxalq Valyuta Fondunda deyirlər.