Beynəlxalq Valyuta Fondu Gürcüstan üçün 280 milyon dollarlıq proqramı təsdiqlədi
Beynəlxalq Valyuta Fondu Gürcüstan üçün 280 milyon dollarlıq proqramı təsdiqlədi

Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına görə, Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası Gürcüstan üçün 280 milyon dollar dəyərində yeni proqramı təsdiqlədi.

Elə onların məlumatına görə, bu maliyyə aləti (Stand-By Arrangement) bufer məbləğidir və zərurət yarandıqda (mövcud vəziyyətdə heç bir silinmə nəzərdə tutulmur) istifadə olunacaq və ölkəmiz iqtisadiyyatı üçün sığorta mexanizmidir.

Maliyyə Nazirliyi tərəfindən yeni proqramın relizində vurğulanır ki, proqram fiskal buferləri bərpa etmək, fiskal çərçivəni gücləndirmək, xarici təhdidlərə və inflyasiyaya qarşı həssaslığı azaltmaq, maliyyə sektorunun dayanıqlığını qorumaq, eləcə də daha güclü və əhatəliliyi təmin etməkdir.

Maliyyə Nazirliyinin məlumatına görə, Beynəlxalq Valyuta Fondu qeyd edir ki, Gürcüstan hökumətinin Fond tərəfindən dəstəklənən proqramı bölgədəki çağırışlar fonunda makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, ortamüddətli artım perspektivlərinin artırılması məqsədi daşıyır.

“Gürcüstan Maliyyə Nazirliyinin missiyası ilə bu ilin aprelində həmin dövr üçün makroiqtisadi parametrlərin məlumatları və fərziyyələri nəzərə alınmaqla yeni üçillik proqramın başlanmasına dair razılıq əldə olunub. Yeni proqramda Gürcüstanın tətbiq etdiyi bütün struktur islahatları, o cümlədən dövlət müəssisələrinin idarə edilməsi, təhsil, əmək bazarının inkişafı və məşğulluğun təşviqi öz əksini tapıb”, – Maliyyə Nazirliyində bəyan edirlər.