Beynəlxalq Valyuta Fondu 2026-cı il üçün Gürcüstanın iqtisadi artım proqnozunu 6.5-dən 7.2 faizə qaldırıb
Beynəlxalq Valyuta Fondu Gürcüstanın 2026-cı il üçün iqtisadi artım proqnozunu 7.2 faizədək yaxşılaşdırıb.
Son icmala əsasən, beynəlxalq maliyyə qurumunun cari il üçün proqnozu 6.5 faiz olub.
Regionun digər ölkələrinə gəlincə, IMF-nin hesabatı iqtisadi artım baxımından belə görünür: Ermənistan – 5.5%; Azərbaycan – 1.7%; Qazaxıstan – 4.4%; Türkiyə – 2.7%; Ukrayna – 1.0%; Rusiya – 0.9%.
Məlumat üçün bildirək ki, son bir ayda dörd böyük və nüfuzlu beynəlxalq maliyyə institutu – Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB) Gürcüstanın 2026-cı il üçün iqtisadi artım proqnozunu artırıb.