Beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti müttəfiqləri ilə birlikdə “Husilər” qruplaşmasına qarşı hücuma keçib
Yemeni soldiers re-group after taking control of a major Al-Qaeda stronghold Azzan in the southern province of Shabwa, on May 8, 2014. Yemen's army seized control of Azzan as an offensive against militants entered its tenth day, the defence ministry announced. AFP PHOTO / STR / AFP / STR (Photo credit should read STR/AFP via Getty Images)
Beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti müttəfiqləri ilə birlikdə “Husilər” qruplaşmasına qarşı hücuma keçib.
Yəmənin dövlət televiziyasına açıqlamasında ölkənin müdafiə nazirinin müavini, general-mayor Samir əl-Sabri bildirib ki, əsas məqsəd on ildən artıqdır “Husi” üsyançıların nəzarətində olan paytaxt Sənanı geri qaytarmaqdır.
Bundan əvvəl Yəməndəki “Husilər”in Səudiyyə Ərəbistanına hücum etdiyi və nəticədə 73 nəfərin yaralandığı məlum olub. Səudiyyə Ərəbistanı hücumları kəskin şəkildə pisləyib və “Husilər”ə qarşı cavab tədbirləri görəcəyini açıqlayıb.
Qeyd edək ki, “Husilər” Yəmənin şimal hissəsinə nəzarət edən yəmənli silahlı qruplaşmadır. “Husilər” özlərini “Ənsar Allah” adlandırır və İranla sıx əlaqələrə malikdir. Qruplaşma son illərdə Qırmızı dənizdə hərəkət edən gəmilərə tez-tez hücumlar təşkil edir.