Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrailin Qəzza xəstəxanasında hərbi əməliyyatından narahatlığını bildirib
Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrailin Qəzza xəstəxanasında hərbi əməliyyatından narahatlığını bildirib

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsrailin Qəzzanın ən böyük xəstəxanasında keçirdiyi hərbi əməliyyatlardan narahatdır.

Təşkilatın məlumatına görə, xəstəxanada yaralıların, xəstələrin və tibb işçilərinin təhlükəsizliyi qorunmalıdır.

Bu arada BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İsrailin Əl Şifa xəstəxanasındakı hərbi əməliyyatından dəhşətə gəldiyini və xəstəxanaların döyüş meydanı olmadığını bildirib.

Eyni zamanda, xəstəxananın ərazisində İsrail hərbçilərinin dindirmələr apardığı barədə məlumatlar yayılır.