Beynəlxalq Enerji Agentliyinin üzvləri strateji ehtiyatlardan gündə 400 milyon barrel neft ayırmaq barədə razılığa gəliblər
Beynəlxalq Enerji Agentliyinin üzvləri strateji ehtiyatlardan gündə 400 milyon barrel neft ayırmaq barədə razılığa gəliblər. Bu haqda məlumatı “Reuters” yayır.
Yayılmış məlumata əsasən, 32 üzv ölkə bazarda fövqəladə ehtiyatların yerləşdirilməsi barədə yekdilliklə razılığa gəlib.
Neft hər bir üzv ölkənin milli şəraitinə uyğun olaraq müəyyən edilmiş müddətda bazarda yerləşdiriləcək.
Agentliyin katibliyi birgə fəaliyyətin necə həyata keçiriləcəyi barədə vaxtında əlavə detallar təqdim edəcək.