Beynəlxalq Energetika Agentliyi, dünyada neft böhranının öhdəsindən gəlmək üçün ehtiyatlardan 325 milyon barel neftin ayrıldığına dair məlumat verir
Screenshot
Beynəlxalq Energetika Agentliyi, dünyada neft böhranının öhdəsindən gəlmək üçün ehtiyatlardan 325 milyon barel neftin ayrıldığına dair məlumat verir. Onların məlumatında əsasən, təxminən daha 75 milyon barel neftin azad edilməsi planlaşdırılır.
IEA-nın icraçı direktoru Fatih Birol “Böyük Yeddilik” liderlərinin virtual görüşündə Hörmüz boğazındakı böhranın enerji bazarına, xüsusən də dizel bazarlarına təsirinin kəskin olaraq qaldığını bildirib. O, təşkilatın böhranın öhdəsindən gəlmək üçün yollar üzərində işlədiyini bəyan edib.
Məlumat üçün bildirək ki, oktyabrın 2-də “Böyük Yeddilik” liderləri dizel qiymətlərini aşağı salmaq üçün “əlaqəli şəkildə” işləmək barədə razılığa gəliblər.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp ölkədən dizel ixracına qadağa qoymayacağını bildirib.