Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə, Rusiya və Belarus idmançıları dünya çempionatında güləşəcəklər
Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə, Rusiya və Belarus idmançıları dünya çempionatında güləşəcəklər

Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarına Beynəlxalq Cüdo Federasiyasının (IJF) himayəsi altında keçirilən turnirlərdə neytral bayraq altında iştirak etməyə icazə verdi.

Turnirlərdə çıxışa qədər cüdoçuların tarixçəsi yoxlanılacaq və idmançının yarışa buraxılıb-buraxılmayacağına fərdi qaydada baxacaqlar.

Mayın 7-14-də Dohada keçiriləcək dünya çempionatında Rusiya və Belarus cüdoçuları mübarizə aparacaqlar. Dünya çempionatından əlavə, onların Qran Pri, Böyük Dəbilqə və Masters yarışlarında çıxış etmək hüququ olacaq. Xatırladaq ki, ruslar sonuncu dəfə Monqolustanda keçirilən Qran Pridə güləşdilər.