Beynəlxalq auditin Gürcüstanın Birinci Kanalının maliyyə hesabatı ilə bağlı qeyd-şərtsiz müsbət rəyi
Beynəlxalq audit şirkəti MMC “Moore Abc” Gürcüstanın Birinci Kanalının 2025-ci il üçün maliyyə hesabatı ilə bağlı qeyd-şərtsiz müsbət rəy hazırlayıb.
Qəyyumlar Şurası tərəfindən seçilmiş beynəlxalq səviyyədə tanınmış audit şirkəti tərəfindən İctimai Yayımçı hər il yoxlanılır.
Proses maliyyə hesabatlarını, dövlət satınalmalarını və vergi hesabatlarının auditini əhatə edir. Audit şirkəti bütün bu sahələrdə müsbət rəy hazırlayıb, heç bir sahədə pozuntu və ya qanunvericiliklə uyğunsuzluq aşkar edilməyib.
“2025-ci il İctimai Yayımçı üçün bir çox hadisələr ilə vacib olub. Bu, yeni binada ilk il idi. Biz mürəkkəb prosesdən keçdik, bu da fasiləsiz yayımı qoruyub saxlamaqla yeni ünvana köçmək demək idi. Son illər ərzində aparılan illik auditin yoxlanılan bütün komponentlərin qanuna və standartlara uyğun olduğuna dair müsbət rəyi şəffaf və hesabatlı təşkilat olaraq bizim üçün xüsusilə vacibdir, çünki yeni binanın tikintisi və köçmə prosesi əsas və gündəlik fəaliyyətimizdən fərqli səriştə tələb edirdi” – Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili bildirib.
Gürcüstanın qanunvericiliyinə müvafiq olaraq, auditin rəyi parlamentə göndərilir və qanunverici orqan tərəfindən yayımçının fəaliyyəti haqqında illik hesabatla birlikdə nəzərdən keçirilir.



