Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın zədələnmiş nüvə mərkəzlərini bərpa edə biləcəyini bildirir
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın zədələnmiş nüvə mərkəzlərini bərpa edə biləcəyini bildirir

 

Beynəlxalq Atom Enerjisi Agentliyində İranın zədələnmiş nüvə mərkəzlərini bərpa edə biləcəyini bildirirlər. Agentlikdə bəyan etdikləri kimi, Tehranın texniki biliyi, istehsal potensialı var və bunu heç kim inkar edə bilməz. Bəyanatı Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qross Avstriyaya səfəri zamanı verib.

Qross İranın nüvə infrastrukturunun bir hissəsinin hücumlardan sağ çıxdığını bildirib. O, İsrail və ABŞ-nin zərbələrinin İranın nüvə proqramını nə qədər gecikdirdiyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

“Mən bunu sanki qum saatına baxırmış kimi müzakirə etməyi sevmirəm. Hərbi əməliyyatın öz məntiqi var və mən onun yaxşı və ya pis olduğunu qiymətləndirmək üçün burada deyiləm. Bizdə hazırda olduğumuz vəziyyət var” – Qross bildirib.

O, hazırda İranla uzunmüddətli həll yolu tapmaq üçün işləməyin vacib olduğunu deyib.

Məlumat üçün bildirək ki, İsrail xüsusi xidmət orqanlarının ilkin qiymətləndirmələrinə əsasən, ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilmiş zərbələr nəticəsində dəymiş ziyan “çox əhəmiyyətli” olub.

“Biz əməliyyatın planlaşdırıldığı kimi getmədiyini düşünmürük. Bunker əleyhinə bombaların işləmədiyinə dair əlamətlər görə bilmirik. Heç kim məyus deyil” – İsrail kəşfiyyatında bildiriblər.

Öz növbəsində, İranda da bildiriblər ki, İsrail və ABŞ-nin zərbələri nəticəsində nüvə obyektlərinə ciddi ziyan dəyib.