Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru bəyan edir ki, Zaporojye atom elektrik stansiyasında beynəlxalq müfəttişlərin daimi iştirakını təşkil edəcəklər
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru, Rafael Qros bəyan edir ki, Zaporojye atom elektrik stansiyasında beynəlxalq müfəttişlərin daimi iştirakını təşkil edəcəklər. Bu barədə Rafael Qros stansiyaya səfərindən sonra sosial şəbəkədə bəyanat yaydı.
“Zaporojye stansiyasına çoxdan gözlənilən səfərimizi başa çatdırırıq. İlk giriş zamanı görmək istədiyimiz stansiyanın ilk turunu yenicə tamamladım. Aydındır ki, burada görüləsi işlər daha çoxdur. Komandam yerində qalır. Ən əsası isə, biz burada Atom Enerjisi Agentliyinin daimi olmasını təşkil edəcəyik”, – Qros bəyan edir.
Beynəlxalq müfəttişlərin bir hissəsinin sentyabrın 3-dək Zaporojye stansiyasında qalacağı güman edilir.
Xatırladırıq ki, Rusiya Zaporojye atom elektrik stansiyasını mart ayından işğal edib. Avqustun əvvəlindən Moskva və Kiyev bir-birini stansiyada atəş açmaqda ittiham edir.