Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Zaporojye atom elektrik stansiyasına getdi

14:53, 15.06.2023

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rusiya qüvvələrinin işğalı altında olan Zaporojye atom elektrik stansiyasına getdi.

Bu barədə “Enerqoatom” şirkətinin mətbuat xidməti məlumat yayır.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru, Rafel Qross müvəqqəti olaraq işğal olunmuş Zaporojyeatom elektrik stansiyasına səfərinə başladı”, – məlumatda deyilir.

Daha əvvəl “Reuters” agentliyi Qrossinin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Zaporojya stansiyasına səfərini təxirə saldığı barəsində məlumat yaymışdı. Qrossinin stansiyaya səfəri çərşənbə günü planlaşdırılmışdı.

Oxşar