Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojie Atom Elektrik Stansiyasında vəziyyətin çətinləşməsi, elektrik stansiyasının yalnız ehtiyat generatorlarla işləməsi haqda məlumatı təsdiqləyir
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojie Atom Elektrik Stansiyasında vəziyyətin çətinləşməsi, elektrik stansiyasının yalnız ehtiyat generatorlarla işləməsi haqda məlumatı təsdiqləyir

 

Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojie Atom Elektrik Stansiyasında vəziyyətin çətinləşməsi haqda məlumatı təsdiqləyir.

Məlumatı Ukraynanın Energetika Nazirliyi yayır.

Məlumdur ki, artıq on gündür Zaporojie Atom Elektrik Stansiyası yalnız ehtiyat generatorlarla işləyir. Nazirliyin məlumatına əsasən, onların işləməsi üçün yanacağın hazırkı ehtiyatı daha 10 gün kifayət edəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Mariano bildirir ki, vəziyyət qeyri-sabit olaraq qalır, çünki ehtiyat sistemlərin tamamilə söndürülməsi halında, nüvə yanacağının ərimə riski var.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti videomüraciətində Zaporojie Atom Elektrik Stansiyasında vəziyyətin həyəcanverici olduğunu bəyan etmişdi.