Bəyaz Ev - ABŞ-ın məlumatına görə, 2018-ci ilin aprelin 7-də Dəməşkdə, kimyəvi silahdan istifadə edildi
ABŞ-ın məlumatına görə, Suriyə rejimi Dəməşqin şərq hissəsi olan Duma şəhərində 2018-ci ilin aprel ayında kimyəvi silahdan istifadə etdi və nəticədə yüzlərlə insan, onların arasında uşaqlar və qadınlar zərər gördü və həlak oldu.
“Qeyd olunan məlumat medya vasitələri tərəfindən kimyəvi hücümun təsvir edilməsinə, zərər görənlərin simptomlarına, video və foto materiallara əsaslanır. Alınan dəqiq məlumat, Suriyə əsgərlərinin koordinasiyalı hərəkət etdiklərini təsdiqləyir”, – deyilir Bəyaz Evin bəyanatında.
Bəyaz Evin bəyanatına əsasən, məlum oldu ki, Duma şəhərində xlorin maddəsi buraxıldı, ancaq digər versiyalara görə, sinir-paralitik maddə zarindən də istifadə edildi.
“Bu yeganə bir insindent deyil, – Suriyə rejimi dəfələrlə kimyəvi silahdan istifadə edib”, – deyilir Bəyaz Evin bəyanatında.
Xatırladaq ki, kimyəvi silahdan istifadə faktına cavab olaraq, Böyük Britaniya və Fransa bir neçə saat öncə Suriyəyə aviazərbələr endirdi.