Beşin əleyhinə 136 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi
Beşin əleyhinə 136 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi

136 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ilk dinləmə ilə qəbul etdi. Dəyişiklikləri beş deputat dəstəkləmədi. Səsvermədə qeydiyyatdan 142 deputat keçdi.

Bu günki səsvermədə müstəqil deputatlar və “Milli Hərəkatdan” başqa müxalif fraksiyalar iştirak etdilər.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.

Dəyişikliklərlə müəyyən olunub ki, seçkilər bir faizlik seçki baryeri ilə keçiriləcək.

Bununla yanaşı, 40 fazidən az dəstəyi olan partiya və seçki bloku tərəfindən Parlament çoxluğunun əldə edilməsi və hökumətin müstəqil şəkildə yaratması mümkün olmur.