Beş avropalı parlamentari Gürcüstanla bağlı bəyanat yayır, bəyanatda qeyd olunub “Siyasi opponentlərə qarşı zorakılığı pisləyirlər və Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsindən dərin narahatlıq ifadə edirlər”.
Bəyanatı imzalayanlar: Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid Makalister, Avronest Parlament Assambleyasının nümayəndə heyətinin sədri Serqei Laqodinski, Cənubi Qafqazla münasibətlərin nümayəndə heyətinin sədri Nils Uşakovsi, Avropa Parlamentinin Gürcüstan məsələləri üzrə daimi məruzəçisi Rasa İukneviçiene və Gürcüstanın 2024-cü ilin parlament seçkilərində Avropa Parlamentinin Müşahidə Missiyasının rəhbəri Antonio Lopes-İsturis Vayt.
“Biz Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsindən dərin narahatlığımızı ifadə edirik. Sabiq baş nazir Qiorqi Qaxariaya Batuminin mehmanxanasında hücum edilməsi, bundan sonra da onun xəstəxanaya yerləşdirilməsi xəbəri bizi sarsıtdı. Bu, “Gürcü Arzusu” və onun müttəfiqləri tərəfindən dinc nümayişçilərə və dissidentlərə qarşı mütəşəkkil zorakılığın daha bir nümunəsidir. Biz 50 gündür hər axşam Gürcüstanın küçələrində ölkələrinin demokratik və Avro-Atlantik gələcəyi naminə nümayişlər keçirən dinc nümayişçiləri dəstəkləyirik. Gürcüstan illər ərzində Avro-Atlantik istəklərin çempionu olub, buna xalq tərəfindən böyük dəstək olub. Bu dəyişməyib. Dəyişən odur ki, “Gürcü Arzusu” gürcülərin gələcəyini əlindən alıb və artıq Gürcüstan üçün Avropa demokratiyası istəyirmiş kimi belə davranmır. Gürcüstanda pisləşmiş vəziyyət cavabsız qalmamalıdır. Hazırda prezident Salome Zurabişvilinin gürcü xalqının iradəsinin yeganə aydın qanuni nümayəndəsi olması mövqeyini bölüşürük.
2024-cü ilin 26 oktyabr parlament seçkilərinin nəticələrini tanımırıq, çünki o, saxtalaşdırılmışdı və demokratik seçkilərin beynəlxalq standartlarına uyğun deyildi. Biz bu qurumun qəbul etdiyi heç bir qərarı tanımırıq. Biz Avropa İttifaqını və ona üzv dövlətləri demokratik geriləmədə günahkar olanların hamısına, xüsusən isə Bidzina İvanişviliyə və İrakli Kobaxidzeyə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırırıq.
Biz ayrı-ayrı üzv dövlətləri və müvafiq regional təşkilatları özünüelan etmiş “Gürcü Arzusu” hakimiyyətini fəal şəkildə legitimləşdirməkdən çəkinməyə və bu baxımdan Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasını dayandırmağa çağırırıq. Biz gürcü xalqının iradəsini ifadə edən həqiqətən azad, ədalətli və şəffaf prosesin təmin edilməsi üçün genişmiqyaslı beynəlxalq müşahidə ilə müstəqil və qərəzsiz Seçki Administrasiyası tərəfindən idarə olunan təkmilləşdirilmiş seçki mühitində növbədənkənar seçkilərin keçirilməsini dərhal tələb edirik” – beş avropalı parlamentarinin bəyanatında qeyd olunub.