Bərpa dövründə Rustaveli prospektində nəqliyyatın hərəkəti dörd ay boyunca məhdudlaşdırılacaq

12:33, 21.07.2026

 

Şota Rustaveli prospektinin tam bərpasına başlanılır.

İşlər iyulun 23-dən etibarən dörd ay ərzində aparılacaq və bu müddətdə şəhərin əsas prospektində və Merab Kostava küçəsinin bir hissəsində bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyət Tamar Covelidze küçəsindən Azadlıq meydanına qədər olan bərpa aparılacaq ərazidə qüvvədə olacaq. Həmçinin, Vaso Abaşidze küçəsində hərəkət tamamilə qadağan ediləcək.

Məhdudiyyət dövründə hərəkət alternativ marşrutlar üzrə mümkün olacaq:

Petre Melikişvili prospektindən Azadlıq meydanına doğru gedən avtomobillər İvane Tarxnişvili, Vasil Barnovi, Kote Mağaşvili, Polikarpe Kakabadze, Daniel Conkadze, Amağleba, Lado Asatiani və Şalva Dadiani küçələrindən istifadə edərək hərəkət edəcəklər;

Nikoloz Barataşvili küçəsindən Merab Kostava küçəsi istiqamətində hərəkət edən avtomobillər Revaz Tabukaşvili və Sandro İnaşvili küçələri, Birinci Respublika meydanı, Qiorqi Axvlediani və Niko Nikoladze küçələri vasitəsilə dolanıb keçə biləcəklər;

Mixeil Cavaxişvili küçəsindən Rustaveli prospektinə doğru gedən avtomobillər Revaz Tabukaşvili, Revaz Lağidze, Mari Brose küçələri və Zviad Qamsaxurdia adına sahil yolu vasitəsilə hərəkət edəcəklər;

Aleksandre Qriboedov küçəsi – Vano Saracişvili küçəsindən Aleksandre Cavcavadze küçəsinin kəsişməsinə qədər ikitərəfli olacaq.

Bərpa dövründə ictimai nəqliyyatın marşrutları da müvəqqəti olaraq dəyişəcək. Xüsusilə, N301, 305, 306, 308, 309, 310, 314, 326, 331, 337, 342, 344, 345, 352, 358, 388 və 397 avtobuslar, eləcə də N472, 532, 540 və 541 mikroavtobuslar Melikişvili prospektindən hərəkət edərkən Qəhrəmanlar meydanı və Kür çayının sağ sahilindən keçməklə Barataşvili küçəsinə qoşulacaqlar, oradan da sərnişinlərə xidməti adəti marşrut üzrə davam etdirəcəklər.

Əks istiqamətdə avtobuslar və mikroavtobuslar Barataşvili küçəsindən Kür sahilləri vasitəsilə yenidən Qəhrəmanlar meydanına qayıdacaqlar və müəyyən olunmuş sxemdən istifadə edəcəklər.

N359 və N391 avtobuslar Qəhrəmanlar meydanı və Qalaktion Tabidze körpüsü vasitəsilə hərəkət edəcəklər; N378 avtobus “Rustaveli” metro stansiyasına qədər artıq getməyəcək və Qəhrəmanlar meydanı istiqamətində hərəkət edəcək; N408 mikroavtobus hərəkətə Azadlıq meydanından başlayacaq və Melikişvili prospektindən Tamar Covelidze küçəsinə qoşulacaq; N420 mikroavtobus “Rustaveli” metro stansiyasından keçməyəcək və Quram Rçeulişvili küçəsindən hərəkət edərək Melikişvili prospektinə qoşulacaq, daha sonra Tamar Covelidze küçəsindən keçərək yoluna davam edəcək; N457 mikroavtobus Varazisxevi, Melikişvili prospekti, Tamar Covelidze, Belinski və Barnov küçələrindən keçməklə hərəkət edəcək.

Tbilisinin Meriyası yaranmış narahatlığa görə sizdən üzr istəyir.

Məlumatı Tbilisinin Meriyası yayır.

Oxşar