Berlində Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqlarının ikinci raundu başa çatıb
Berlində Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqlarının ikinci raundu başa çatıb

 

Berlində Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqlarının ikinci raundu başa çatıb. Bu barədə mediaya Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin məlumat verib.

Danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner, eləcə də Almaniyanın kansleri Fridrix Merts iştirak edirdi.

Danışıqlar təxminən saat yarım davam edib. Bundan sonra Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Volodimir Zelenskiyə ev sahibliyi edib.

Daha sonra Volodimir Zelenski və Fridrix Merts mətbuat qarşısında çıxış edəcəklər. Günün sonunda isə Fridrix Mertsin kargüzarlığında Almaniya və Ukraynanın birinci şəxslərinin zirvə toplantısına Fransa, Birləşmiş Krallıq, İtaliya, Polşa, Danimarka, Finlandiya, Norveç, İsveç, Avropa İttifaqı və NATO liderləri qoşulacaqlar.

Finlandiya Prezidenti Aleksandr Stub Berlinə dünən gedib. O, Amerika nümayəndə heyətinin üzvləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirib.