Berlində tramvay relsdən çıxıb, 20 nəfər xəsarət alıb

19:49, 02.06.2026
Eine Straßenbahn in Neu Hohenschönhausen ist entgleist. Bei dem Unfall gab es viele Verletzte. (zu dpa: «Straßenbahn in Berlin entgleist - 20 Verletzte»)

Eine Straßenbahn in Neu Hohenschönhausen ist entgleist. Bei dem Unfall gab es viele Verletzte. (zu dpa: «Straßenbahn in Berlin entgleist - 20 Verletzte»)

 

Berlinin şərqində tramvayın relsdən çıxması nəticəsində 20 nəfər xəsarət alıb.

Bu barədə məlumatı Almaniya mediası yayır.

Onların məlumatına əsasən, Lixtenberq rayonunda tramvay döngələrin birində elektrik ötürücü xəttinin dirəyinə çırpılıb. Yanğınsöndürmə Xidmətinin nümayəndəsi toqquşma nəticəsində tramvayın sağ tərəfinin zədələndiyini, sonuncu vaqonun isə relsdən çıxdığını bildirib.

Yanğınsöndürmə Xidmətində hadisə nəticəsində 20 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu bəyan edirlər.

Oxşar