Berlində “Qırmızı Ordu Fraksiyası” terror qruplaşmasının iki üzvü saxlanılıb
Berlində “Qırmızı Ordu Fraksiyası” terror qruplaşmasının iki üzvü saxlanılıb. Almaniya mətbuatının yazdığı üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat çərçivəsində odlu silahdan istifadə ediblər. Xəsarət alan olmayıb.
Polis axtarışda olan Ernst-Volker Ştaub və Burkhard Qarveqin saxlanılıb-saxlanılmadığını müəyyən etməyə çalışır.
Media xüsusi əməliyyata Berlin polisi ilə yanaşı Federal Cinayət Axtarış Xidmətinin də cəlb edildiyini yazır.
Məlumat üçün bildirək ki, fevralın 26-da Berlində “Qırmızı Ordu Fraksiyası” terror qruplaşmasının üzvü olan Daniela Klette də saxlanılıb. Bu qruplaşmanın üzvləri “Deutsche Bank”ın direktoru da daxil olmaqla 30-dan çox adamı qətlə yetirməkdə ittiham olunurlar. 1998-ci ildə qrup dağıldığını elan etdi və üzvləri üçün axtarış elan edildi.