Berlin hava limanı hava şəraiti səbəbindən uçuşları qeyri-müəyyən müddətə dayandırıb.
Hava limanının mətbuat xidmətinin açıqlamasına görə, gecikmə yalnız Berlindən yola çıxmalı olan reyslərə aiddir, çünki donmuş təyyarələrin gövdələrinin əridilməsi mümkün deyil. Lakin hazırda Berlində enmiş təyyarələrin qəbuluna davam olunur.
Almaniyanın meteoroloji xidməti xəbərdarlıq edir ki, paytaxtda buzlu yağış və buzlaşma gözlənilir.