Benzində qurğuşunun tərkibi Gürcüstan hökuməti qərarı ilə müəyyənləşdirilmiş keyfiyyət normalarına müvafiqdir
Benzində qurğuşunun tərkibi Gürcüstan hökuməti qərarı ilə müəyyənləşdirilmiş keyfiyyət normalarına müvafiqdir. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit Nəzarəti Departamentinin əməkdaşları nenzində qurğuşunun tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə, yanacaqdoldurma məntəqələrini yoxladılar.
Departamentin məlumatına görə, yoxlama xəbərdarlıq verilmədən baş verdi və ölkə miqyası ilə 240 nümunənin götürülməsi həyata keçirildi.
“Götürülmüş nümunələrin laboratoriya tədqiqatını beynəlxalq akkreditasiyası olan laboratoriya təmin etdi. Tədqiqatdan sonra müəyyənləşdirldi ki, benzində qurğuşunun tərkibi Gürcüstan hökuməti qərarı ilə müəyyənləşdirilmiş keyfiyyət normalarına uyğun gəlir”, – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit Nəzarəti Departamentinin yaydığı məlumatda deyilir.