Benyamin Netanyahunun vəkilləri korrupsiya işi üzrə Netanyahunun ifadəsinin alınmasının təxirə salınması üçün məhkəməyə müraciət ediblər

13:16, 11.11.2024

 
İsrailin Baş naziri Benyamin Netanyahunun vəkilləri korrupsiya işi üzrə Netanyahunun ifadəsinin alınmasının 2,5 ay təxirə salınması üçün Yerusəlimin Rayon Məhkəməsinə xahişlə müraciət edirlər.

İsrail mediasının yazdığı kimi, buna səbəb olaraq baş nazirin təhlükəsizliyi ilə bağlı insidentlər göstərilib, bu səbəbdən də vəkillərin dediyinə görə, ifadəyə hazırlaşmaq “qeyri-mümkün olub”.

Tələbdə qeyd olunub ki, “bu qısa gecikmə müdafiə tərəfinə ifadə verməyə müvafiq hazırlaşmaq imkanı verəcək və ictimai marağa ziyan vurmayacaq”.

İsrail mediasının məlumatına əsasən, Netanyahu hazırda baş nazirin ofisinin möhkəmləndirilmiş bunkerindən işləyir, bu da təhlükəsizlik protokolunda yazılıb. Müvafiq tədbirlər “Hizbullah” qruplaşmasının oktyabrda Netanyahunun evinə dronla hücumundan sonra qəbul edilib.

Plana əsasən, Netanyahu dekabrın 2-də məhkəməyə ifadə verməlidir. Bu proses çox güman ki, bir neçə həftə davam edəcək.

Baş nazir dələduzluq və rüşvət almaqda ittiham olunur. Netanyahuya qarşı 2020-ci ilin yanvarında ittiham irəli sürülüb və onun məhkəmə prosesi həmin ilin mayında başlayıb.

Medianın yazdığı kimi, mümkün apellyasiyalar da daxil olmaqla, bu proseslər ehtimal ki, 2028-2029-cu ilə qədər başa çatmayacaq.

Oxşar