Benyamin Netanyahunun oğlu Yair Netanyahu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisini üsyana və hərbi çevriliş cəhdinə dəstək verməkdə ittiham edir
Benyamin Netanyahunun oğlu Yair Netanyahu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisini üsyana və hərbi çevriliş cəhdinə dəstək verməkdə ittiham edir

 

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eial Zamiri üsyana və hərbi çevriliş cəhdinə dəstək verməkdə ittiham edir. Bu barədə məlumatı İsrail mediası yayır.

Medianın məlumatına əsasən, Yair Netanyahu İsrailin müdafiə naziri İsrael Katsı ehtimal olunan “hərbi çevriliş”də ittiham edib və qeyd edib ki, müdafiə naziri Zamiri İsrail Müdafiə Qüvvələrinin rəhbəri təyin edib.

Yair Netanyahu hökumətin Qəzza sektorunun tam işğalı planına görə Eial Zamirin baş nazir Benyamin Netanyahu ilə münaqişəsi olması barədə məlumatlara münasibət bildirib.

Ölkənin müdafiə naziri Müdafiə Qüvvələrinin Baş Qərargah rəisini müdafiə edərək qeyd edib ki, öz mövqeyini bildirmək və daha sonra, şəxsi fikirlərinə baxmayaraq, İsrail liderlərinin qəbul etdiyi istənilən qərarı icra etmək İsrail Müdafiə Qüvvələrinin komandanının hüquq və vəzifəsidir.