Benyamin Netanyahunun ofisi İsrailin Baş naziri və ABŞ Prezidentinin telefon danışığı zamanı Qəzzada İsrailin yeni hücum planlarını müzakirə etmələri haqda məlumat verir
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə Benyamin Netanyahunun ofisindən bildiriblər.
Liderlər arasında söhbət Qəzzada İsrailin yeni hücum planları haqda olub.
“Girovların azad edilməsini təmin etməklə və “HƏMAS”ı məğlub etməklə müharibənin başa çatması üçün Qəzzada “HƏMAS”ın qalan hədəflərində İsrail tərəfindən nəzarətin ələ keçirilməsi planlarını müzakirə ediblər” – Netanyahunun ofisi bəyan edib.
Netanyahu həmçinin müharibənin başladığı gündən İsrailə sarsılmaz dəstəyinə görə Trampa təşəkkür edib.