Benyamin Netanyahunun bəyanatına əsasən, o, XX əsrin əvvəlində Osmanlı İmperiyasında ermənilərin qətliamını soyqırım kimi tanıyan İsrailin ilk baş naziridir
Benyamin Netanyahu XX əsrin əvvəlində Osmanlı İmperiyasında ermənilərin qətliamını soyqırım kimi tanıyan İsrailin ilk baş naziri oldu. Bu haqda o, amerikalı iş adamı və podkaster Patrik Bet-Devidlə müsahibəsində deyib.
Jurnalistin nəyə görə indiyə qədər İsrail hökumətinin heç bir liderinin ermənilərə qarşı Osmanlılar tərəfindən törədilən qətlləri soyqırım adlandırmaması sualına Netanyahu belə cavab verib:
“Bəli, indicə məhz bunu etdim. Nöqtə.”
İsrailin Baş nazirinin bu sözləri Türkiyə tərəfindən pislənib.
“Fələstin xalqının soyqırımında iştirak etməkdə ittiham olunan Netanyahu özünün və hakimiyyətinin törətdiyi cinayətləri gizlətməyə çalışır” – Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, İsrail bundan əvvəl 1915-16-cı il hadisələrini soyqırım kimi tanımaqda təmkinli davranırdı. Knessetdə bu məsələ ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülmüşdü, lakin onların heç biri rəsmi səsvermə ilə başa çatmayıb. İsrailin təmkinli olmasının səbəbi kimi Türkiyə ilə ehtiyatlı münasibətlər göstərilirdi.