Benyamin Netanyahu Yerusəlimdə hücumun baş verdiyi yerə gedib - "Biz terrorçuların daxil olduğu kəndləri indi mühasirəyə almışıq və onlara kömək edən hər kəsi tapacağıq"
Benyamin Netanyahu Yerusəlimdə hücumun baş verdiyi yerə gedib - "Biz terrorçuların daxil olduğu kəndləri indi mühasirəyə almışıq və onlara kömək edən hər kəsi tapacağıq"

 

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə hücumun baş verdiyi yerə gedib.

Netanyahunun bəyanatına əsasən, hücumlar İsraili zəiflətmir, əksinə, öz missiyalarını yerinə yetirmək üçün gücləndirir.

“Biz müharibədəyik, bir çox cəbhələrdə terrora qarşı gücləndirilmiş müharibədə. Biz terrorçuların daxil olduğu kəndləri indi mühasirəyə almışıq və onlara kömək edən hər kəsi tapacağıq. Biz sərt tədbirlər görəcəyik” – Benyamin Netanyahu qeyd edib.

Məlumat üçün bildirək ki, Yerusəlimin girişi yaxınlığında avtobus dayanacağında atışma nəticəsində 6 nəfər həlak olub. Yayılmış məlumata əsasən, iki hücumçu avtomobillə avtobus dayanacağına gedib. Hücumun kim tərəfindən həyata keçirildiyi və ya motivin nə olduğu hələlik bilinmir.