Benyamin Netanyahu Yaxın Şərqdə uzunmüddətli müharibə olmayacağını bildirir - "İrandakı terrorçu rejim indi ən zəif vəziyyətdədir, buna görə də proses sürətli və həlledici olacaq"
Benyamin Netanyahu Yaxın Şərqdə uzunmüddətli müharibə olmayacağını bildirir - "İrandakı terrorçu rejim indi ən zəif vəziyyətdədir, buna görə də proses sürətli və həlledici olacaq"

 

İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə uzunmüddətli müharibə olmayacağını bildirir. Netanyahu bu haqda “Fox News”a verdiyi müsahibədə danışıb.

Netanyahunun sözlərinə əsasən, “İrandakı terrorçu rejim indi ən zəif vəziyyətdədir, buna görə də proses sürətli və həlledici olacaq”.

“Biz ilk növbədə, İran xalqının öz taleyini özünün müəyyən etməsi, demokratik yolla seçilmiş öz hökumətini formalaşdırması üçün şərait yaradacağıq, bu da tamamilə fərqli İran yaradacaq” – Netanyahu qeyd edib.

Onun sözlərinə əsasən, “İran rejiminin məhv edilməsi regionun digər müsəlman ölkələri ilə bir çox sülh müqavilələrinin bağlanması üçün yol açacaq və bu, dünyanı dəyişəcək”.

Bununla yanaşı, jurnalist Netanyahuya müraciət edib: “İsrailin Baş nazirinin Donald Trampı bu müharibəyə sürüklədiyini düşünən insanlar var”. Netanyahu isə belə cavab verib:

“Bu, gülməlidir. Donald Tramp dünyada ən güclü liderdir. O, Amerika və gələcək nəsillər üçün doğru hesab etdiyi şeyi edir” – Benyamin Netanyahu qeyd edib.

İsrailin Baş naziri İranla ABŞ-İsrail arasında fərq olduğunu bildirib.

“Bu qatillər vətəndaşlara hücum edirlər. Biz, İsrail və Amerika, terrorçulara hücum edirik. Fərq budur” – Netanyahu qeyd edib.

Həmçinin, Netanyahu İran və Şimali Koreyanı müqayisə edib. O, Şimali Koreyanın nüvə silahına sahib olduğunu və heç kimin onları bu yolda dayandırmadığını bildirib.

“Şimali Koreyanın nüvə silahı var, lakin onlar “Amerikaya ölüm” demirlər”. İran 50 Şimali Koreyaya bərabərdir” – Benyamin Netanyahu bildirib.