Benyamin Netanyahu – Xarici qoşunlar bunu etməsə, İsrail özü “HƏMAS”ı tərksilah edəcək və Qəzzanı silahsızlaşdıracaq
“HƏMAS” atəşkəs razılaşmasını açıq şəkildə pozmağa davam edərsə, iki gün əvvəl baş verdiyi kimi, güclü hücumlara məruz qalacaq – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
İsrailin Baş naziri qeyd edib ki, nəticədə “HƏMAS” mütləq tərksilah ediləcək və Qəzza silahsızlaşdırılacaq.
“Xarici qoşunlar bunu etsə, əla olacaq, onlar etməsələr, bunu biz edəcəyik” – Netanyahu bildirib.
Məlumat üçün bildirək ki, bu gün, atəşkəs razılaşmasının yenidən qüvvəyə minməsindən sonra “HƏMAS” İsrailə, ehtimal ki, daha iki girovun cəsədini təhvil verib.