Benyamin Netanyahu və Donald Tramp gələn həftə görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Ağ Evdə Donald Trampla görüşəcək. Baş nazirlik bu məlumatı təsdiqləyir.
Medianın məlumatına görə, görüş fevralın 4-də keçiriləcək.
Netanyahu prezident kimi ikinci müddətə başladıqdan sonra Donald Trampdan dəvət alan ilk xarici liderdir.