Benyamin Netanyahu Vaşinqtonda Marko Rubio ilə görüşüb və rəsmi olaraq “Sülh Şurası”na qoşulub
Benyamin Netanyahu Vaşinqtonda Marko Rubio ilə görüşüb və rəsmi olaraq “Sülh Şurası”na qoşulub

 

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Görüş zamanı Netanyahu sənəd imzalayıb və bununla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın “Sülh Şurası”na rəsmi olaraq qoşulub.

İsrailin Baş naziri Ağ Evdə Donald Trampla da görüşəcək.

Amerika Birləşmiş Ştatlarına yola düşməzdən əvvəl Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə söhbətin əsas mövzusunun İranla danışıqlar olacağını bildirib.