Benyamin Netanyahu – Trampla görüşün nəticəsi nəsillər boyu İsrailin təhlükəsizliyini təmin edəcək

11:29, 10.02.2025

 
Trampla görüşün nəticəsi nəsillər boyu İsrailin təhlükəsizliyini təmin edəcək – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Mən şişirtmirəm. Fikrimcə, heç vaxt xəyal etmədiyimiz imkanlar var və ya ən azı bir neçə ay əvvəl bu imkanlar qeyri-mümkün görünürdü, amma indi mümkündür” – Netanyahu bildirib, lakin detallar haqda danışmayıb.

İsrailin Baş naziri deyib ki, Tramp İsrailin qarşıya qoyduğu bütün müharibə məqsədlərinin yerinə yetirilməli olması ilə razılaşıb.

“HƏMAS”ı məhv etmək, bütün girovlarımızı geri qaytarmaq, Qəzzanın İsrail üçün artıq təhlükə yaratmamasını təmin etmək, şimal və cənubun bütün sakinlərini evlərinə qaytarmaq və əlbətdə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq” – Netanyahu qeyd edib.

O, Trampın İsrail üçün çoxlu imkanlar açacaq “yaradıcı baxış” təklif etdiyini bildirib.

Oxşar