Benyamin Netanyahu - sivil dünya indi bir zamanlar İŞİD ilə mübarizə aparmaq üçün birləşdiyi kimi birləşməlidir, "HƏMAS"la mübarizədə bizə kömək edin
Benyamin Netanyahu - sivil dünya indi bir zamanlar İŞİD ilə mübarizə aparmaq üçün birləşdiyi kimi birləşməlidir, "HƏMAS"la mübarizədə bizə kömək edin

 
ABŞ-ın müdafiə katibi Lloyd Ostin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı, bir çox cəhətdən “HƏMAS”ın İŞİD terror qruplaşmasından pis olduğunu bildirib.

“Biz sizinləyik, cənab baş nazir. Prezidentin dediyi kimi, bizə arxalana bilərsiniz. Bu terror qruplaşmasının həyata keçirdiyi əməllər mənfurdur. İŞİD haqqında çox şey bilirəm və mənim gördüklərim daha pisdir” -deyə Ostin bildirib.

Öz növbəsində Benyamin Netanyahu bildirib ki, dünya İsrailə “HƏMAS”a qarşı mübarizədə kömək etmək üçün birləşməlidir.

“Bir çox cəhətdən “HƏMAS” İŞİD-dən daha pisdi . Sivil dünya indi bir zamanlar İŞİD ilə mübarizə aparmaq üçün birləşdiyi kimi birləşməlidir, “HƏMAS”la mübarizədə bizə kömək edin. Bilirəm ki, siz bizimləsiniz və mən bunu yüksək qiymətləndirirəm” – Netanyahu bildirib.