Benyamin Netanyahu Pit Heqsetlə görüşüb

22:24, 29.07.2026

 

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ-nin müharibə katibi Pit Heqsetlə görüşüb.

Danışıqlar media üçün qapalı qapılar arxasında keçirildi.

Daha sonra görüşün kadrlarını sosial şəbəkədə paylaşan Netanyahu danışıqları mühüm olaraq qiymətləndirib.

Ötən gecə İsrailin Baş naziri ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Venslə də görüşüb.

Məlumat üçün bildirək ki, Benyamin Netanyahu Vaşinqtona senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün gedib.

Oxşar