Benyamin Netanyahu – Nyu-Yorkun meri kriminal, saxta ittihamlara əsaslanır, o, bir qrupu digərinə qarşı qaldırmağa, nifrət və qorxunu körükləməyə çalışır

11:57, 27.07.2026

 

İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-Yorkun merini, Zohran Mamdanini tənqid edir və onu şəhərdə nifrəti körükləməkdə təqsirləndirir.

O, Nyu-Yorkda yaşayan bəzi yəhudilərin qorxu içində yaşadığını bildirib. Lakin, Netanyahu buna baxmayaraq BMT Baş Assambleyasında iştirak etmək üçün yenə də Nyu-Yorka getməyi planlaşdırdığını bildirib.

“Nyu-Yorkun meri kriminal, saxta ittihamlara əsaslanır. Və baxın, o nə edir: nifrəti körükləyir. O, bütün nyu-yorkluların: yəhudilərin, xristianların, müsəlmanların — hamının meri olmalıdır. Lakin o, bir qrupu digərinə qarşı qaldırmağa, nifrət və qorxunu körükləməyə çalışır. Nyu-Yorkda yaşayan yəhudi amerikalılarla danışıram və onlar hazırda qorxu içindədirlər. Təsadüfi hesab etmirəm ki, o, İsrailə və mənə qarşı nifrət dilindən istifadə etdikdən sonra növbəti gün bir yəhudi sinaqoqdan çıxarkən “Allahu Əkbər” qışqırıqları ilə bıçaqlandı və siz bunun nə demək olduğunu bilirsiniz. Düşünürəm ki, bu, rüsvayçılıqdır. Bütün bunlar Nyu-York üçün çox pisdir və sülh üçün çox pisdir. Lakin mənim cavabım belədir: gəlməyi və BMT-nin kürsüsündən İsrailin və İsrail-Amerika alyansının adından həqiqəti danışmağı planlaşdırıram” — Netanyahu qeyd edib.

Oxşar