Benyamin Netanyahu müharibə bitdikdən sonra daha çox ərəb ölkəsi ilə sülh razılaşmaları əldə etmək istədiyini bildirir
İsrailin Baş naziri Benyamin Netanyahu müharibə bitdikdən sonra daha çox ərəb ölkəsi ilə sülh razılaşmaları əldə etmək istədiyini bildirir.
“Abraam razılaşmaları”nı imzalamaq və digər ərəb ölkələri ilə sülhə nail olmaqla bağlı bir neçə il əvvəl başladığım prosesi davam etdirməyə can atıram” – Netanyahu qeyd edib.
İsrailin Baş naziri, “Abraam razılaşmaları” çərçivəsində Yaxın Şərqin mühüm ölkələri ilə artıq dörd sülh razılaşmasının əldə olunduğunu bildirib.
Netanyahunun bəyanatına əsasən, bu və digər ölkələr İsrailin İranın “şər oxu”nun hücumlarına necə cavab verdiyini görürlər və İsrailin möhkəmliyi və cəsarətindən heyran qalıblar.