Benyamin Netanyahu Livan sərhədində olub
İsrailin Baş naziri Benyamin Netanyahu Livan sərhədinə səfər edib. Medianın məlumatına əsasən, bu haqda Netanyahunun ofisində bildiriblər.
“Netanyahu bu gün Livan sərhədinə səfər edib” – bəyanatda qeyd olunub.
Həmçinin, baş nazirin ofisində Netanyahunun “Hizbullah”ın mövqelərinə hücumu davam etdirən israilli hərbçiləri ziyarət etdiyini bildirirlər.
Xatırladaq ki, bu, Netanyahunun son bir ayda Livan sərhədinə ikinci səfəridir.