Benyamin Netanyahu – İsrailli hərbçilərin Livanda BMT-nin Müvəqqəti Qüvvələrinə məqsədyönlü şəkildə hücum etməsi ilə bağlı ittihamlar yalandır
İsrailli hərbçilərin Livanda BMT-nin Müvəqqəti Qüvvələrinə məqsədyönlü şəkildə hücum etməsi ilə bağlı ittihamlar tamamilə yalandır – bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, reallığın bunun əksi olduğunu bildirib.
“İsrail dəfələrlə onlardan təhlükədən uzaq durmağı xahiş edib. İsrail dəfələrlə onlardan İsrail-Livan sərhədi yaxınlığında yerləşən döyüş zonasını müvəqqəti olaraq tərk etməyi xahiş edib. İsrail Livan yaxınlığında quru əməliyyatına başladığı gün biz onlardan ərazini tərk etmələrini xahiş etdik” – Netanyahu qeyd edib.
İsrailin Baş nazirinin qeyd etdiyi kimi, “Hizbullah” İsrailə hücum zamanı BMT-nin Müvəqqəti Qüvvələrinin mövqelərindən istifadə edir.
“İsrailin “Hizbullaha” qarşı özünü müdafiə etmək üçün tam hüququ var” – Netanyahu qeyd edib.