Benyamin Netanyahu İsrailin Müdafiə Qüvvələrinin “Hizbullah”ın bazasında ən yeni rus silahını tapdığını bildirir
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Müdafiə Qüvvələrinin “Hizbullah”ın bazasında ən yeni rus silahını tapdığını bildirir.
Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Netanyahu qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı il qətnaməsinə əsasən, ölkənin əsas çayı Litandan cənubda yalnız Livan ordusu silahlara sahib ola bilər.
“Lakin “Hizbullah” bu ərazidə yüzlərlə tunel və anbar qazıb, bu yaxınlarda burada ən yeni rus silahını tapdıq. Livanda yeni vətəndaş müharibəsi faciə olardı. Bu, əslində bizim məqsədimiz deyil. İsrailin Livanın daxili işlərinə müdaxilə etmək niyyəti yoxdur. Bizim yeganə məqsədimiz Livan sərhədi yaxınlığında yaşayan vətəndaşlarımızın öz evlərinə qayıtmasına və özlərini təhlükəsiz hiss etmələrinə imkan verməkdir” – Netanyahu qeyd edib.