Benyamin Netanyahu, İsrailin Hava Qüvvələrinin Tehranın səmasına nəzarət etdiyini bildirir
Benyamin Netanyahu, İsrailin Hava Qüvvələrinin Tehranın səmasına nəzarət etdiyini bildirir

 

İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin Hava Qüvvələrinin “Tehranın səmasına nəzarət etdiyini” bildirib.

“İki məqsədimizə nail olmağa doğru irəliləyirik: nüvə təhlükəsini aradan qaldırmaq və raket təhlükəsini aradan qaldırmaq. Biz Tehranın səmasına nəzarət edəndə, mülki vətəndaşlarımızı hədəfə alan, uşaq və qadınları qətlə yetirən İranın cinayətkar rejimindən fərqli olaraq hədəflərə zərbə endiririk. Biz Tehran vətəndaşlarını təxliyəyə çağırırıq və fəaliyyət göstəririk. Biz qələbəyə nail olmaq yolundayıq” – Benyamin Netanyahu qeyd edib.

İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyat başladıb və bu əməliyyat zamanı hərbi və nüvə obyektlərinə zərbələr endirib. İran buna cavab olaraq İsrailə raketlər və dronlarla zərbə endirib.